Feyerbax və onun fəlsəfi fikirləri


Digərləri 29 Sen 2019 21:50:00 270 0

Feyerbax və onun fəlsəfi fikirləri

Feyerbax 1804-1872-ci illərdə yaşamışdır. Universitet müəllimi olarkən Feyerbax ruhun ölməzliyinin inkar olunduğu "Ölüm və ölümsüzlük haqqında fikirlər" əsərini çap etdirir. Buna görə o müəllimlik hüququndan məhrum edilir. Ailə qurub kənddə yaşayır və burada 25 il qalır. Diqqəti elmi işlərə yönəldərək ictimai həyatda iştirak etməmiş, bununla da "kənd fllosofu" adını qazanmışdır. Feyerbax qarşısına Hegel təlimini inkar etmək məqsədi qoyub, özünün dediyi kimi, fəlsəfi fikri "ölmüş ruhlar dünyasından canlı ruhlar dünyasına" qaytarmaq istəmişdir.

Son.az onlara.de-yə istinadən bildirir ki, Feyerbax Hegeli Ruhu təbiətdən üstün tutduğu üçün tənqid etmişdir. Hegel təlimində insan sanki "dünyəvi zəka yükü" ilə əzilib və mütləq ideyanın əlində hansısa marionetka kimi görünür. Hegel təliminin əksinə olaraq Feyerbax ətraf təbii mühiti yeganə gerçəklik, insanı isə onun məhsulu, təkamülün yekunu kimi nəzərdən keçirir. Həyat təbiətin ali təzahürü, təbiət isə insanın həyat fəaliyyətinin əsasıdır.

Feyerbax üçün fəlsəfi tədqiqatların əsas predmeti onun materialist mövqedən nəzərdən keçirdiyi insandır. İnsan təbii dünyanın ayrılmaz hissəsidir və onun mövcudluğu fiziologiya, psixologiya, tarix və fəlsəfə kimi elmlər kompleksi tərəfindən tədqiq olunmalıdır. Fəlsəfə insanı öyrənmək prosesində antropoloji prinsipə əsaslanmalıdır.

Feyerbaxın fikrincə antropoloji prinsip odur ki, fövqəltəbii olana gətirilir və insan öyrənilərkən onun təbiətinin bütün tərəfləri nəzərə almır. Fəlsəfədə antropologizm - abstrakt mühakimə konstruksiyadan imtina, insana təbiətlə sıx vəhdətdə baxışdır.

Feyerbax fəlsəfəsində insanın mahiyyəti, onun bütün zamanlar üçün dəyişməz hesab etdiyi zəka, ürək və iradəyə gətirilir. Bir yerdə götürülən bu keyfiyyətlər insanın ali və mütləq mahiyyətini təşkil edir. Feyerbaxm iddiasına görə insan dərk etmək, sevmək və istəmək üçün mövcuddur. İnsanın mahiyyəti həm də dində təzahür edir.

(adsgarden = window.adsgarden || []).push({});