Əkizlər paradoksu nədir?


Digərləri 29 Sen 2019 20:50:00 371 0

Əkizlər paradoksu nədir?

Xüsusi Nisbilik Nəzəriyyəsi zamanın mütləq olmadığını, fərqli müşahidəçilər üçün fərqli sürətlərlə axdığını söyləyir. Əkizlər paradoksu bu vəziyyət ilə əlaqələndirilən bir düşüncədir.

Əkizlər paradoksunu anlamaq üçün əvvəlcə Eynşteynin 1911-ci ildə yazdığı bu sətirlərə nəzər salaq:

"Bir qutunun içinə canlı bir orqanizm yerləşdirsək... Elə bir nizamlama edilə bilər ki, uzun bir səfərdən sonra orqanizm haradasa heç dəyişməmiş bir şəkildə başlanğıc yerinə geri dönə bilər. Ancaq bu sırada başlanğıc nöqtəsində dayanan orqanizmlərdən yeni nəsillər törəmiş olacaq. Əgər səfər az işıq sürətiylə edilsə, hərəkət edən orqanizm üçün bütün səfər çox qısa sürəcək."

Daha aydın olması üçün məsələni belə izah edək. Düşünün ki, iki əkiz qardaş var. Onların birinin adı X, digərinin adı isə Y-dir. X və Y eyni gündə doğuldular və bu anda eyni yaşdadırlar. Bu günə qədər zamanları həmişə eyni sürətdə irəliləyib və eyni sürətdə yaşlanıblar.

X kosmik raketlə bir səyahətə çıxır və Y onu dünyada gözləyir.

X 5 il müddətində raketlə səyahət edib geri dönərsə, onların yaşları arasında fərq olacaqmı?

Cavab: Bəli.

(adsgarden = window.adsgarden || []).push({});