Nəsimi festivalı çərçivəsində Şamaxıda miniatür sərgisinin açılışı olub FOTO


Digərləri 29 Sen 2019 20:51:00 333 0

Nəsimi festivalı çərçivəsində Şamaxıda miniatür sərgisinin açılışı olub  FOTO

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, festival çərçivəsində Şamaxıda təntənəli tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak edib.

Açılış mərasimində çıxış edən T.Məmmədov Nəsimi festivalının keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Fondun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu tərəfindən Bakıda və Şamaxıda silsilə tədbirlər keçirilir və buna görə təşkilat komitəsinə, iştirakçılara və xarici qonaqlara təşəkkür edib:

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əlyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün tədbirlərin təşkilində bilavasitə iştirakına görə dərin təşəkkür bildirmək istərdim. Məhz onun diqqəti və məsləhətləri sayəsində tədbirlərimiz rəngarəng və gözəl alınır".

Şamaxı Diyarşünaslıq muzeyində "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) əlyazmasından müxtəlif texnika və tərzlərdə səkkiz miniatür təqdim olunub. Azərbaycan miniatür incəsənətinin bu şahəsəri onu göstərir ki, 15-ci əsrdə Şamaxı mədəniyyət mərkəzi olub və burada yüksək kitab mədəniyyəti mövcud olub.

(adsgarden = window.adsgarden || []).push({});