İmam Hüseynin (ə) tərəfində döyüşüb şəhid olan bütün səhabələr birlikdə dəfn olunmuşlarmı?


Digərləri 29 Sen 2019 20:55:00 322 0

İmam Hüseynin (ə) tərəfində döyüşüb şəhid olan bütün səhabələr birlikdə dəfn olunmuşlarmı?

Aşura günündə İmam Hüseynin (ə) və tərəfdarlarının faciəli şəhadəti başa çatdıqdan sonra Ömər ibn Səd öz əsgərlərinin cənazələrinə namaz qılıb, onları dəfn etdirdi. İmamın (ə) və silahdaşlarının cənazələri isə torpağın üstündə qaldı. Kufə qoşunu Kərbəladan çıxıb getdikdən sonra yaxınlıqda yaşayan Bəni-Əsəd qəbiləsinin üzvləri gəlib şəhidləri dəfn etdilər. İmam Hüseynin (ə) səhabələrinin demək olar ki, hamısını ümumi məzarda torpağa tapşırdılar. Hazırda bu məzar İmam Hüseynin (ə) mübarək qəbrinin yaxınlığında yerləşir. İmam Hüseynin (ə) oğulları Əli Əkbər və Əli Əsğər onun məzarının lap yaxınlığında dəfn edildilər. Deyilənlərə görə, hətta Əli Əsğəri İmam Hüseynin (ə) qəbrinin içində, o həzrətin sinəsinin üstündə dəfn etmişlər. Əli Əkbərin qəbri isə İmam Hüseynin (ə) ayaq tərəfindədir, ona görə İmam Hüseynin (ə) zərihi altı bucaqlı şəklindədir. Həzrət Abbas şəhid olduğu yerdə - İmam Hüseynin (ə) məzarından təqribən 300 metr məsafədə basdırıldı. Bunlardan əlavə, Həbib ibn Müzahir Əsədini də öz qəbilə üzvləri qalan şəhidlərdən ayrı, ümumi məzarlığın yaxınlığında dəfn etdilər. Hürrün cənazəsini isə xeyli uzağa aparıb, indiki məkanda torpağa tapşırdılar. Bəzi tədqiqatçılar Həbib və Hürrün də qalan şəhidlərlə birlikdə eyni məzarda basdırıldığını iddia edirlər.

(adsgarden = window.adsgarden || []).push({});