Taylandda 17 tələbə yol qəzasında həyatını itirib


Digərləri 29 Sen 2019 20:21:00 253 0

Taylandda 17 tələbə yol qəzasında həyatını itirib

Taylandın Samutprakan vilayətində baş verən qəza nəticəsində ölkənin texniki kollecinin ən az 17 tələbəsi həlak olub

Bakı. Taylandın Samutprakan vilayətində baş verən qəza nəticəsində ölkənin texniki kollecinin ən az 17 tələbəsi həlak olub. Trend-in məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti bildirib. Məlumata əsasən, sərnişinlərlə dolu avtomobil yol kənarındakı iki dirəyə çırpıldı və aşıb. Avtomobil sürücüsü ağır yaralanıb. Polis qəzanın səbəbini müəyyən etmək üçün müşahidə kameralarının görüntülərini yoxlayır.