“Qədr” surəsinin sahibi kimdir?


Digərləri 29 Sen 2019 19:40:00 297 0

“Qədr” surəsinin sahibi kimdir?

Əbu Yəhya Sənani nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurur: "Atam mənə buyurmuşdur: Əli ibni Əbutalib (ə) "Qədr" surəsini oxuyurdu. Həsən (ə) və Hüseyn (ə) də kənarında əyləşmişdi. Hüseyn (ə) ona buyurdu: "Atacan! Bu surə (ni) sənin dilindən (eşitmək) daha şirindir".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) ona buyurur: "Ey Allah Peyğəmbərinin (s) və mənim övladım! Mən, onun haqqında elə şey bilirəm ki, sən bilmirsən. O zaman ki, bu surə nazil oldu, cəddin Peyğəmbər (s) mənim ardımca adam göndərdi və onu mənim üçün oxudu.

Sonra sağ çiynimə vurdu və buyurdu: "Ey mənim qardaşım və vəsim! Məndən sonra ümmətimin vəlisi! Bu surə məndən sonra sənin üçündür. Səndən sonra isə sənin övladların üçündür. Mələklər arasından qardaşım Cəbrayil (ə) hər il ümmətimin hadisələrini mənim üçün deyərdi, nübuvvət xəbərləri kimi. Sənin üçün də deyəcəkdir. (O surə üçün) sənin qəlbində və sənin vəsilərinin qəlbində parlayan nur vardır ki, Qaimin (ə.f) (dövlətinin) doğmasına qədər (davam edəcəkdir)""".

(adsgarden = window.adsgarden || []).push({});