Misir Sinaydakı əməliyyat zamanı 15 silahlını öldürdü


Dünya 29 Sen 2019 19:41:00 239 0

Misir Sinaydakı əməliyyat zamanı 15 silahlını öldürdü

Misir Daxili İşlər Nazirliyi Sinay yarımadasının şimalında keçirilən xüsusi əməliyyat zamanı 15 ekstremistin məhv edildiyini elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun yaydığı bəyanatında deyilib.

Məlumata əsasən, Ar-Ariş şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ordu və polis əməkdaşlarına hücumlarda iştirak etməkdə şübhəli bilinən ekstremistləri təqib edirdi.

Baş verən atışma nəticəsində 15 terrorçu öldürülüb.