Urmiyədə 3 məhbus edam edilib, bir məhbus isə intihar edib


Dünya 29 Sen 2019 19:46:00 341 0

Urmiyədə 3 məhbus edam edilib, bir məhbus isə intihar edib

Hüquq müdafiəçiləri Urmiyənin mərkəzi həbsxanasında narkotik maddə qaçaqmalçılığı ittihamı ilə məhkum olunmuş 3 məhbusun edam edildiyini, bir məhbusun isə intihar etdiyini bildirirlər.

HRA agentliyi və "İran HR" qrupu bu haqda məlumat yayıblar.

Narkotik maddə qaçaqmalçılığı ittihamı ilə edama məhkum olunan Rauf Azadixah, İbrahim Əhmədipur və Şəhabəddin Məhəmmədpur ölüm cəzasının tətbiq edilməsi üzrə sentyabrın 25-də təkadamlıq kameralara köçürülmüşdülər.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, onlar, 26 sentyabr səhər vaxtı Urmiyə Həbsxanasının həyətində dar ağacından asılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi həmçinin digər bir məhbusun eyni günün axşam saatlarında intihar etdiyini bildirib.

HRA-nın bildirdiyinə görə, Vəhid Kərbəlayi təqribən 10 gün öncə nəzarət altına alınaraq Urmiyə Həbsxanasının 10-cu bölməsinə göndərilmişdi. 10-cu bölmədə əziyyətlərə məruz qalan məhbus həbsxana rəsmilərinə müraciət edərək başqa bir bölməyə köçürülməsini tələb etmişdi.