Microsoft tez bir zamanda iki ədəd 0day sistem boşluğunu aradan qaldırıb


Digərləri 29 Sen 2019 19:25:00 278 0

Microsoft tez bir zamanda iki ədəd 0day sistem boşluğunu aradan qaldırıb

Microsoft şirkətinin tərtibatçıları CVE-2019-1367 və CVE-2019-1255 problemləri üçün təcili patchlar təqdim ediblər. Beləliklə onlar iki kritik 0-day sistem boşluğunu aradan qaldırıblar. Söhbət, Internet Explorer skript mühərrikində və Microsoft Defender-də olmuş sistem boşluqlarından gedir. Bu barədə Xakep.ru saytı xəbər verib. Bu problemlərdən ən ciddisi Internet Explorer ilə bağlı problem olub. Belə ki, həmin sistem boşluğu ilkin kodu hal hazırki istifadəçi kontekstində reallaşdırmağa imkan verir və o artıq hackerlər tərəfindən istifadə olunur.

Son.az technote.az-a istinadən bildirir ki, Microsoft tərtibatçıları bu boşluq barəsində tam məlumatı hələki verməyiblər. Lakin məlumdur ki, sözügedən problem minimum Internet Explorer 9-11-də mövcuddur. Hacker tərəfindən kiberhücumun reallaşdırılması üçün isə ona sadəcə olaraq bu sistem boşluğuna sahib olan Internet Explorer versiyası vasitəsilə istifadəçini zərərli sayta yönləndirməkdir. Maraqlısı ondadır ki, Windows istifadəçiləri patch-ı Microsoft Update Catalog-dan yükləyərək fərdi şəkildə öz sistemlərinə quraşdırmalı olacaqlar.

Belə ki, sözügedən patch hələki Windows Update vasitəsilə yayılmır. Internet Explorer-də olan bu problem Google mütəxəssisləri tərəfindən aşkar edilib. Microsoft Defender ilə bağlı olan problem isə öz növbəsində xidmətdən imtina (DoS) problemini əks etdirir. Bu sistem boşluğundan istifadə etmək üçün hacker ilk öncə istifadəçinin sistemini ələ keçirtməli və kodu yerinə yetirmək üçün lazımi üsulu tapmalıdır. Bütün bunları edəndən sonra hacker Microsoft Defender-in komponentlərini deaktiv edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});