Checkrın dəyəri 2,2 milyard dollar oldu


Digərləri 29 Sen 2019 19:35:00 217 0

Checkrın dəyəri 2,2 milyard dollar oldu

160 milyon dollarlıq bir investisiya alan Checkr'ın dəyəri 2,2 milyard dollar oldu.

Şirkətlər üçün "avtobioqrafiya nəzarət" tətbiqetməsini həyata keçirən, süni intellekt şirkəti olan Checkr, T. Rowe Price'ın rəhbərlik etdiyi D seriya investisiya turunda 160 milyon dollar investisiya əldə edib. Yeni sərmayə ilə şirkətin bazar dəyəri 2,2 milyard dollara qədər artıb.

Son.az techland.az-a istinadən bildirir ki, Checkr, 160 milyonluq yeni investisiyanı ilə 3 fərqli sahəsinin inkişafı üçün istifadə edəcəyini açıqlayıb. Ən önəmlisi isə işəgötürmə proseslərindəki ön mühakimələri azaltmaq və eyni zamanda ən yaxşı imkanlardan etibarlı və ahəngdar şəkildə istifadə etmək imkanı verən platformanın funksionallığını genişləndirməkdir.

Checkr nədir? Checkr, San-Fransisko mərkəzli bir şirkətdir. İşçilərə və işə müraciət edənlərin keçmiş işlərinə nəzarət edilməsi məqsədilə yaradılıb. 2014-cü ildə qurulan Checkr - maliyyə xidmətləri, pərakəndə satış, texnologiya, səhiyyə və istehsal sektorları, habelə qeyri-kommersiya və ali təhsil müəssisələrinə xidmət göstərir. Demək olar ki, Checkr texnologiyası işə qəbul proseslərinin şəffaflığını təmin edir.

(adsgarden = window.adsgarden || []).push({});