Mazda MX5 rodsterindən maraqlı rekord VİDEO FOTO


Digərləri 29 Sen 2019 19:30:00 235 0

Mazda MX5 rodsterindən maraqlı rekord  VİDEO  FOTO

Demək olar ki, hər gün bunun şahidi oluruq: görürsən ki, uzaqdan ölçülərinə görə QAZ-53'dən heç də geri qalmayan iri bir yapon ofrouderi gəlir, sükanında da, biğ yeri yenicə tərləmiş növcavan. Yanacağa qənaət, parklanma problemini bir kənara qoysaq, hərdən içimdən həmin növcavana "bu "yük avtomobilini" sürməkdən nə həzz alırsan?" hayqırmaq gəlir.

Əslində, ofrouderlər utilitar təyinata malikdirlər - normal yolların olmadığı yerlərdə insanları mənzil başına çatdırmaq, təmiz dağ havasını ciyərlərinə çəkmək üçün dağa-daşa dırmanmaq, nə bilim şotland fermeri kimi yedəyə quzu dolu qoşqunu alıb dağan arana enmək.

Son.az autograph.az-a istinadən bildirir ki, asfalt yollarda idarəetmədən həzz almaq üçün isə, başqa avtomobillər mövcuddur. Məsələn, "qaynar" hetçbeklər deyilən avtomobillər, kupelər, spayderlər, spidsterlər və rodsterlər. Rodsterlər demişkən, belə avtomobillərdən ən əlçatanı Mazda MX-5 Miata modelidir. Bütün dünyada populyar olsa da, vaqonla satılsa da, Bakı küçələrində ona nadir hallarda rast gəlmək olar.

Bu günlərdə yapon markasının Almanya nümayəndəliyi Mazda MX-5 modelinin 30 illik yubleyini qeyri-adi üsulla qeyd edib. Yapon avtomobil sənayesinin tarixində pərəstiş obyektinə çevrilmiş nadir avtomobillərdən biri olan Miata yeni rekorda imza atıb. Bu rekordu həyata keçirmək üçün, hətta Avstriya hökuməti bir gecəlik ilan kimi qıvrılan dağ aşırımını bağlamağa da icazə verib.

Dörd pilotdan ibarət olan komanda 12 saat ərzində bir-birini əvəzləyərək dayanmadan düzlükdən sonra gələn kəskin döngələri qət etməyə başlayıb. Bu müddət ərzində komandanın qarşısında maksimal dərəcədə döngəni qət etmək tələbi qoyulub. Eksperimentin şəffaflığını təmin etmək və hər bir döngəni qeydə almaq üçün üçün rodsterdə GPS-treker də quraşdırılıb. Tələblərə görə, döngələrin bucağı 150-180 dərəcə arasında  olmalıymış. Axşama yaxın vəziyyəti yağan güclü yağış qəlizləşdirib.

Buna baxmayaraq, Mazda komandası öz məqsədinə nail olub və yeni dünya rekorduna imza atıb - 12 saat ərzində 2900 "sancaq" qət edilib. Xatırladaq ki, bundan əvvəlki rekord 1500 döngədən ibarət olub.

(adsgarden = window.adsgarden || []).push({});