Səddam Şiraka 6 milyon rüşvət vermişdi


Dünya 29 Sen 2019 18:42:00 237 0

Səddam Şiraka 6 milyon rüşvət vermişdi

Fransanın eks-prezidenti Jak Şirak İraq müharibəsinə ideoloji baxımdan qarşı çıxırdı.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Britaniyanın Kəşfiyyat Xidmətinin (Mİ-6) keçmiş rəhbəri Riçard Dirlav "Deyli Meyl"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şirak Səddamdan rüşvət aldığı üçün 2003-cü ildə İraqa müdaxiləyə qarşı çıxmışdı. Dirlav bununla bağlı təkcə Britaniya yox, ABŞ-ın kəşfiyyat orqanlarının da məlumatlı olduğunu deyib:

"Bizdə Şirakın Səddamdan 6 milyon dollar alması ilə bağlı kəşfiyyatçıların əldə etdiyi sübutlar var idi. Bu pulların hamısı 1995-2002-ci illərdə Şirakın seçki öncəsi kampaniyasına yatırılıb".