Atasının maşınını qaçıran məktəbli qəza törətdi:


Dünya 29 Sen 2019 18:36:00 252 0

Atasının maşınını qaçıran məktəbli qəza törətdi:

Rusiyada məktəbli atasının avtomobilini qaçırdıqdan sonra yol qəzasında ölüb.

Son.az Avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün gecə saatlarında Orenburq əyalətinin Novoserqevski rayonunda qeydə alınıb.

Məlumata görə, Zavadskoy küçəsində qaçırdığı avtomobillə hərəkətdə olan məktəbli, sükan idarəetməsini itirərək əvvəlcə yoldan çıxıb sonra isə ağaca çırpılıb.

Nəticədə yeniyetmə aldığı xəsarətlər hadisə yerində həyatını itirib, avtomobildə olan digər iki sərnişin isə xəstəxanaya yerləşdiriliblər.