Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb


Digərləri 29 Sen 2019 18:36:33 234 0

Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib

Bakı. Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib. Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib. D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb: "Bu qərar [milli] hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir".