Əfqanıstanda polislə toqquşmalarda altı nəfər yaralanıb


Dünya 29 Sen 2019 18:18:00 270 0

Əfqanıstanda polislə toqquşmalarda altı nəfər yaralanıb

Əfqanıstanın Qəzni vilayətində ölkənin silahlı qüvvələrinin hava hücumu səbəbi ilə keçirdiyi etiraz aksiyası zamanı polislə toqquşmalarda altı nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hava hücumu zamanı bir neçə dinc sakin həlak olub.

Yerli sakinlər kanala bildiriblər ki, şənbə günü həmin vilayətdə Xvaca Omari qəzasındakı Deh Hacı kəndinə hava zərbəsi endirilib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb.