Conson kraliçaya zəng edib, üzr istədi


Dünya 29 Sen 2019 18:06:00 324 0

Conson kraliçaya zəng edib, üzr istədi

Britaniya Baş naziri Boris Conson parlamentin buraxılmasına icazə aldığı üçün kraliça II Yelizavetadan üzr istəyib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Sandey Tayms" öz mənbələrinə istinadən yayıb. Qəzet Consonun kraliçaya Ali Məhkəmənin qərarından az sonra zəng etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Britaniya Ali Məhkəməsi parlamentin buraxılması barədə Consonun qərarını ləğv edib.