İşlətdiyi çayxanadan 1,5 kqa yaxın marixuana götürüldü


Kriminal 29 Sen 2019 16:24:00 290 0

İşlətdiyi çayxanadan 1,5 kqa yaxın marixuana götürüldü

Tərtər rayonunun Mamırlı kəndində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Əli Həsənovun işlətdiyi çayxanaya və yaşadığı evə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.