Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir (ÖZƏL)


Digərləri 29 Sen 2019 15:00:00 260 0

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir (ÖZƏL)

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda özəl sektora birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənməyə davam edəcək

Bakı. Ləman Zeynalova - Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda özəl sektora birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənməyə davam edəcək. Bunu Trend-ə müsahibəsində IFC-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vibke Şlomer deyib. O bildirib ki, qurumun Azərbaycanla 2016-2020-ci illəri əhatə edən tərəfdaşlıq münasibətləri Dünya Bankı (DB) Qrupunun Azərbaycanda dayanıqlı, inklüziv artım yoluna yönəlmiş strategiyanı müəyyənləşdirir: "Özəl sektorun rolunu artırmaq üçün IFC Azərbaycan hökuməti ilə işləyir. Biz biznesin, investisiya siyasətinin nizamlanması sahəsində beynəlxalq təcrübəni təklif etməklə hökuməti dəstəkləyirik və iş yerlərinin yaradılması üçün aparıcı sahələrdən olan kənd təsərrüfatı sektorunun rəqabətqabiliyyətliliyini artırmağa kömək edirik". Regional direktor vurğulayıb ki, IFC iyirmi ilə yaxındır ki, Azərbaycana investisiya qoyur və ölkənin özəl şirkətlərinə, eləcə də maliyyə müəssisələrinə kiçik və orta müəssisələrin kreditləşməsi üçün birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənməyə davam edəcək.