Məşhurların övladları: Ölüm hökmü kəsilən eksnazirin həkim qızı


Digərləri 29 Sen 2019 14:30:00 291 0

Məşhurların övladları: Ölüm hökmü kəsilən eksnazirin həkim qızı

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...  Son.az bildirir ki, Modern.az "Məşhurların övladları" adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin qızı haqdadır.

Yəqin ki, bu eks-naziri xatırlayırsınız. Mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunmuş keçmiş kənd təsərrüfatı naziri M.Abdullayevi işdə yol verdiyi bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.

"Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin" - Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladı fərman...

Müzamil Abdullayev  1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

1996-ci ildə "Surət Hüseynov olayı"na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır. 

Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.

Hazırda 78 yaşlı Müzamil Abdullayevin gah Azərbaycanda, gah da Rusiyada yaşadığı bildirilir. Bu, onun işi ilə əlqədardı. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğuldur. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirir.

(adsgarden = window.adsgarden || []).push({});