Tanıdığınız tanışlar: Milli Məclisin keçmiş vitsespikerini bu şəkildən də görün...


Digərləri 29 Sen 2019 13:54:00 264 2

Tanıdığınız tanışlar: Milli Məclisin keçmiş vitsespikerini bu şəkildən də görün...

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli yazının əvvəlində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Son.az bildirir ki, Modern.az rubrikanın növbəti təqdimatında keçmiş deputat və eks-səfir Yaşar Əliyevi təqdim edir.

O Yaşar Əliyev ki, Milli Məclisin yeganə deputat olub ki, parlamentdəki yerini mərhum Heydər Əliyevə təklif edib.

Yaşar Əliyev 1948-ci ildə iyulun 5-də Bakıda anadan olub. 1966-cı ildə Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub və 1971-ci ildən oranı bitirərək, həkim ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1972-ci ilin yanvar ayından Zaqulba sanatoriyasında həkim kimi başlayıb, 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may ayınadək Bakı şəhəri Əzizbəyov rayon Komsomol Komitəsinin II katibi vəzifəsində çalışıb. Sonrakı əmək fəaliyyəti Semaşko adına xəstəxana ilə bağlıdır. Burada 1982-ci ilin dekabr ayına kimi cərrahiyyə şöbəsində həkim, sonra isə baş həkimin müavini və 1984-cü ilin mart ayından xəstəxanasının baş həkimi işləyib.

1990-cı ildə Azərbaycan SSRİ XII çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə isə Milli Məclisin 50 nəfərlik üzvündən 1-i seçilib.

(adsgarden = window.adsgarden || []).push({});