Avstriya parlament seçkilərinə seçki məntəqələri açılıb


Dünya 29 Sen 2019 13:36:00 288 1

Avstriya parlament seçkilərinə seçki məntəqələri açılıb

Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərdə ilk seçki məntəqələri bazar günü yerli vaxtla saat 06:00-da açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə, Avstriya Respublikasında 10,1 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcəkdir.

Milli Şuraya daxil olmaq üçün partiya 4% -dən çox səs toplamalıdır.

Keçmiş Avstriya kansleri Sebastian Kurtsun rəhbərlik etdiyi mühafizəkar Avstriya Xalq Partiyası favorit hesab edilir. Proqnozlara görə, partiya parlamentdə çoxluq qazanacaq və onun lideri kansler vəzifəsində bərpa ediləcək.