İmran Xanın çıxışı Kəşmiri qarışdırdı:


Dünya 29 Sen 2019 12:36:00 243 0

İmran Xanın çıxışı Kəşmiri qarışdırdı:

Pakistanın Baş naziri İmran Xanın BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışından sonrakı 24 saat ərzində 23 etiraz aksiyayı baş tutub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Hindistan mediası Xanın çıxışından sonra Cammu Kəşmir vilayətinin paytaxtı Srinaqarda gecə 15, gündüz isə 8 etiraz aksiyasının keçirildiyini yazıb.

Etirazlar zamanı əhali ilə polis arasında qarşıdurma yaşandığı bildirilib.

Qeyd edək ki, Pakistan Baş naziri ötən gün BMT-dəki çıxışında Hindistanla Pakistan arasında müharibə başlaya biləcəyini söyləmişdi.