Bakıda kafe yanıb


Digərləri 29 Sen 2019 11:53:07 169 1

Bakıda kafe yanıb

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb. Kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.