Hindistanın şimalında güclü yağışlar səbəbindən 70 nəfər ölüb


Digərləri 29 Sen 2019 11:20:24 275 0

Hindistanın şimalında güclü yağışlar səbəbindən 70 nəfər ölüb

Son dörd gün ərzində Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub

Bakı. Son dörd gün ərzində Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Hadisə nəticəsində ən azı 73 nəfər həyatını itirib. Trend-in məlumatına görə, bu barədə "NDTV" bildirib. Məlumata əsasən, təkcə son gündə ştatın şərq hissəsində 102,2 mm-dən 84,2 mm-dək yağış yağıb. Bu da ilin bu vaxtı üçün normadan dəfələrlə artıqdır.