Qaxda 12 yaşlı qızı sahibsiz it dişlədi


Digərləri 29 Sen 2019 10:49:00 441 0

Qaxda 12 yaşlı qızı sahibsiz it dişlədi

Qaxda 12 yaşlı qıza it hücum edib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında N.Hikmət küçəsində yaşayan, 2007-ci il təvəllüdlü Aytən Adil qızı Məmmədovaya küçədə hücum edən sahibsiz it onun sol ayağını dişləyib.

Yaxınları Aytəni Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və ambulator müalıcə üçün evə buraxılıb. 

Son.az