Çində dəhşətli faciə:


Dünya 29 Sen 2019 10:25:00 376 0

Çində dəhşətli faciə:

Çinin şərqindəki Jiangsu əyalətinin Yixing şəhərində yüksək sürətli yolda avtobusun iştirakı ilə baş verən böyük qəzada ən azından 36 nəfər ölüb, və daha 36 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bazar günü yerli hüquq-mühafizə orqanları məlumat yayıb. İçərisində 69 sərnişini olan şimal marşrut avtobusu bir anda qarşıdakı zolağa çıxaraq yük maşınına çırpılıb.

Qurbanların hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb, onlardan doqquzunun vəziyyəti ağırdır. Hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya görə, hadisə avtobusun ön təkərinin partlaması nəticəsində baş verib. İstintaq davam edir.