ABŞ İrana qarşı kiber müharibə başlatdırıb?


Dünya 29 Sen 2019 09:27:00 256 0

ABŞ İrana qarşı kiber müharibə başlatdırıb?

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Vaşinqtonu kiber müharibə etməkdə günahlandırır.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlamanı NBC telekanalına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, Zərifdən ABŞ kəşfiyyatının İranın ABŞ-da gələn ilin payızında keçiriləcək prezident seçkilərinə müdaxilə etmək istəyən ölkələr arasında olması barədə açıqlamasını şərh etməsi istənilib. Zərif buna belə cavab verib: "Seçkilərinizə müdaxilə etmək üçün seçimimiz yoxdur. Başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq bir kiber müharibə var, ABŞ bu kiber müharibəni başlatdırıb, nüvə obyektlərimizə təhlükəli və məsuliyyətsiz hücum edib, bu milyonlarla insanın ölümünə səbəb ola bilərdi" deyə İrannın Xarici İşlər Naziri deyib. Eyni zamanda, ABŞ və İsrail tərəfindən İranın nüvə proqramına zərər vermək üçün inkişaf etdirildiyi iddia edilən "Stuxnet" virusunuda xatırlatdırıb.