Ticarət mərkəzində bıçaqlı hücum baş verib


Digərləri 29 Sen 2019 01:55:36 312 0

Ticarət mərkəzində bıçaqlı hücum baş verib

Şənbə günü ABŞ-ın Merilend ştatının Baltimor əyalətindəki bir ticarət mərkəzində bıçaqlı hücum nəticəsində ən azı 5 nəfər yaralanıb

Bakı. Şənbə günü ABŞ-ın Merilend ştatının Baltimor əyalətindəki bir ticarət mərkəzində bıçaqlı hücum nəticəsində ən azı 5 nəfər yaralanıb. Trend-in məlumatına görə, hadisə yerli vaxtla saat 14:00 radələrində baş verib. Xəsarət alanlar xəstəxanaya aparılıb, onların həyatı üçün təhlükə yoxdur. Polis təcavüzkarın üzərinə atəş açıb, vəziyyəti barədə məlumat verilmir.