Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Nəsimi Festivalı çərçivəsində Kamera və Orqan Musiqi Salonunda konsert proqramında iştirak edib FOTO


Siyasət 29 Sen 2019 01:01:00 381 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Nəsimi Festivalı çərçivəsində Kamera və Orqan Musiqi Salonunda konsert proqramında iştirak edib  FOTO

İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konsertdə Estoniyanın Tallinn Oğlanları Xoru və Almaniyanın Horizonte Ansamblı çıxış ediblər.

Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdə məşhur bəstəkarlar Kirillus Kreekin, Georg Fridrix Handelin, Volfqanq Amadey Motsartın, Vladimir Vavilovun və digərlərinin əsərləri səsləndirilib.

Klassik musiqi gecəsi tamaşaçılarda böyük maraq doğurub.