Yamayka idmançısı uzun atlamada dünya çempionu olub


Digərləri 29 Sen 2019 01:17:00 381 0

Yamayka idmançısı uzun atlamada dünya çempionu olub

Yamayka idmançısı Tajail Gail yüngül atletika üzrə dünya çempionatında uzun atlamada qalib gəlib

Bakı, Yamayka idmançısı Tajail Gail yüngül atletika üzrə dünya çempionatında uzun atlamada qalib gəlib. Trend-in məlumatına görə, Yarışlar Qatarın paytaxtında Dohada baş tutur. 23 yaşlı yamaykalı 8.69 metr (dünyanın ən yaxşı nəticəsi), ikinci amerikalı Jeff Henderson (8.39 metr), üçüncüsü kubalı Xuan Migel Echevarria (8.34 metr) olub. Komanda hesabında ABŞ komandası qızıl və gümüş medallarla liderliyi tutur. İkinci yerdə Keniya komandası (1-0-1), üçüncü yerdə Hollandiya və Yamayka yığmalarıdır(hər biri 1-0-0).