Kanadada qar yağışına görə yol qəzaları var


Digərləri 29 Sen 2019 00:01:00 471 0

Kanadada qar yağışına görə yol qəzaları var

Kanadanın Kalqari şəhərində mövsümün ilk qar yağışından sonra bölgə üçün qeyri-adi olaraq 20-dən çox qəza qeydə alınıb

Bakı. Kanadanın Kalqari şəhərində mövsümün ilk qar yağışından sonra bölgə üçün qeyri-adi olaraq 20-dən çox qəza qeydə alınıb. Trend-in məlumatına görə, qəzalarda 2 nəfər yaralanıb. Hazırda qar təmizləyən avadanlıqlar şəhərin əsas küçələrinə aparılıb və magistralları qardan təmizləyirlər. Hava proqnozlarına görə, bölgənin cənubunda, xüsusən də Kalqari şəhərinin yerləşdiyi bölgədə şənbə günündən bazar ertəsi səhərədək 30 sm-ə qədər qar yağa bilər. Meteoroloqlar qeyd edirlər ki, qışın belə erkən gəlməsi region üçün xarakterik deyil, baxmayaraq ki, oxşar hadisələr meteoroloji müşahidələr tarixində artıq qeyd olunmuşdu. Məsələn, 2014-cü ildə, sentyabrın 8-də Kalqaridə 10 santimetrə qədər qar yağmışdı, baxmayaraq ki bölgədə ənənəvi olaraq qar yağışı yalnız oktyabrın sonunda başlayırdı. Bu günə kimi bölgədə ən güclü qar yağışı 1921-ci ildə 8 sentyabrda Kalqaridə 12 santimetr qar düşdüyü zaman qeydə alınıb.