Bakı polisi 31 nəfəri saxladı


Digərləri 28 Sen 2019 23:26:00 443 0

Bakı polisi 31 nəfəri saxladı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 11 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.