“Volkerin istefası məni həyəcanlandırdı” –


Dünya 28 Sen 2019 23:28:00 443 0

“Volkerin istefası məni həyəcanlandırdı” –

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin mümkün istefasına münasibət bildirib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, o, "Tvitter"də yazıb:

"Vaşinqtondan narahatlıq doğuran xəbər var - ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker istefa verib. Onun ABŞ ilə strateji tərəfdaşlığımızı gücləndirməyə verdiyi töhfəsini qiymətləndirməmək çətindir".

O, Ukraynanın Kurtla özünü inamlı hiss etdiyini qeyd edib: "Siz etibarın və effektiv birgə fəaliyyətin yüksək standartını yaratdınız. Bunu irəli aparmaq istənilən varis üçün asan olmayacaq. Səmimi qəlbdən minnətdaram, Kurt!".