Gürcüstanın Kutaisi şəhərini su basdı


Dünya 28 Sen 2019 23:19:00 299 0

Gürcüstanın Kutaisi şəhərini su basdı

Gürcüstanda aramsız yağışlar Kutaisi şəhərində ciddi fəsadlar törədib.

Şəhərin mərkəzi küçə və yolları su altında qalıb. Güclü yağış nəticəsində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb, yaşayış evləri və iaşə obyektlərinin birinci mərtəbələrini su basıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Oqaskuri çayının daşması vəziyyəti daha da çətinləşdirib. Kutaisidə baş verən təbii fəlakət 60-dan çox ailəyə zərər vurub.

Təbii fəlakətlə bağlı Kutaisi şəhər meriyasında xüsusi qərargah yaradılıb.