Dəridə, xallarda bunlara DİQQƏT edin!


Digərləri 28 Sen 2019 23:20:00 301 0

Dəridə, xallarda bunlara DİQQƏT edin!

"Ötən əsrdə çox faydalı sayılan Günəş şüaları bu gün o qədər də faydalı hesab olunmur. Günəş şüalarının orqanizmə bir çox zərərləri ola bilər. Günəş şüaları xüsusilə dərimizə mənfi təsir edir". e-tibb.az-ın xəbərinə görə, bunu plastik, rekonstruktiv və estetik cərrahiyyə uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi İlyas Axundzadə açıqlayıb. Onun sözlərinə görə, Günəşin təsiri nəticəsində dəridə, xüsusilə də çox həssas insanlarda bədxassəli dəri şişləri əmələ gəlir. Həkim deyib ki, bu şişlərin 3 növü var: "Birincisi, bazal hüceyrəli xərçəngdir. Əksər hallarda 40 yaşdan sonra inkişaf edir. Sağalmayan bir yara, ya da kiçik bir düyüncük şəklində özünü büruzə verir. Bazalyoma şişləri başqa yerlərə yayılmır, sadəcə, olduğu yerdə hüceyrələri məhv edir. Dərinə yayılır, böyük problemlərə yol açır.

İkinci növ spinalyoma və yaxud yastı hüceyrəli xərçəngdir. Bu növ xərçəng tez bir zamanda böyürür. İki ay ərzində böyük həcmli xora, ya da sərtləşmiş bir düyün şəkildə olur. Çox zaman 60 yaşdan sonra rast gəlinir. Bədənin digər yerlərində yayılır və böyük problemlərə, eləcə də ölümə səbəb ola bilər.

Üçüncü növ isə melanoma dediyimiz, mövcud olan və ya sonradan əmələ gələn xallardan yaranan bədxassəli şişdir. Melanoma çox tez yayılır əgər vaxtında qarşısı alınmasa, 2-6 ay ərzində xəstə həyatını itirir".

İ. Axundzadə bildirib ki, aşağıdakı əlamətlərdən biri varsa, mütləq həkimə müraciət etmək lazımdır:

Bədənin hansısa hissəsində sağalmayan, ələlxüsus da bir aydan çox müddətə sağalmayan yara

Davamlı olaraq sağalan, qabıqlayan sonradan yenidən inkişaf edən dəri səpgisi

Bədəndə olan xalın böyüməyə başlaması

Yeni əmələ gələn bir xalın tezliklə böyüməsi

(adsgarden = window.adsgarden || []).push({});