MercedesMaybach xüsusi ətir saçacaq FOTO


Digərləri 28 Sen 2019 23:01:00 224 0

MercedesMaybach xüsusi ətir saçacaq  FOTO

Qoxu və ətirlər insanın həyatında önəmli yer tutur. Son zamanlar şəhərimizin bir çox məkanlarında burnumuza qəribə qoxular gəlir. Etiraf etməliyəm ki, avtomobilimin klimat-kontrolu bu qoxu qarşısında acizdir. Yəni, istəsək də, istəməsək də məcburən bu qoxuları duymalıyıq. Məsələn, götürək Tbilisi prospektini. Bəs nə etməli?

Haqqın yolu birdir - çoxlu işləyib vəsait toplamaq və Mercedes-Maybach GLS modelinin debütünü gözləmək. Soruşa bilərsiniz ki, nə əlaqəsi? İş orasındadır ki, dəbdəbəli Mercedes-Maybach krossoveri özünəməxsus unikal qoxuya malik olacaqdır. Alman istehsalçısı bu model üçün spesifik ətir hazırlayıb. Bu ətir avtomobilin arxitekturası və salon genişliyini qeyd edəcək, həmçinin səhayət mövzusuna toxunacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, Mercedes-Maybach bölümündə incə və təmiz ətirlərin dəbdəbə mühitinin yaradılmasına böyük  töhfə verdiyindən əmindirlər. Maybach modelləri onların gücünü və xarakterini açan unikal parfyumu alacaqdırlar. Mercedes-Maybach GLS modeli də unikal ətirə malik olacaqdır. Avtomobilin salonunda "ağ osmantusun qoxusunu incə dəri və ədviyyalı çayın yüngül səslənməsi əhatə edəcək, əsas kompozisiya isə, bitki notlayı olacaqdır".

Atalar deyib ki, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Amma, Mercedes-Maybach GLS modelinin ətrinin Tbilisi prospektindəki üfunətə qalib gələcəyinə o qədər də əmin deyiləm. Odur ki, bir ətək pul verib dəbdəbəli krossoveri alandan sönra o üfunəti yenidən duysanız, məni söyməyin. Atalar demişkən, "mən yalançının yalançısıyam".

(adsgarden = window.adsgarden || []).push({});