Pendir qan damarlarını duzun zərərli təsirlərindən qoruya bilər


Digərləri 28 Sen 2019 22:35:00 254 0

Pendir qan damarlarını duzun zərərli təsirlərindən qoruya bilər

Pendir sevənlər sizə yaxşı bir xəbərimiz var. Penn Dövlət Universitetində aparılan araşdırmaya görə, pendirdə təbii antioksidantlar çox duzlu qidalanmanın qan damarlarına verdiyi zərərə maneə törədə bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, mürəkkəb araşdırmada yüksək natriumlu qidalarla bəslənən yetkin insanların qan damarlarında da funksiya pozulması aşkar edilib. Lakin eyni yetkin insanlar gündə 4 boşqab pendir (170q) yeyərək, yüksək natriumlu qidalar qəbul etdikdə, bu təsiri aradan qaldırdı.

Araşdırmaya başçılıq edən Billi Alba, əldə etdikləri nəticələr sayəsində çox duzlu qidaların gətirdiyi risklərin tarazlaşdırıla bilinəcəyini ifadə edir.

"Duzu azaltmaq üçün böyük bir səy sərf edilir, lakin bu əksər insan üçün olduqca çətindir. Pendir kimi süd məhsullarını daha çox yeyərək , kardio risklər azaldıla bilər və natrium azalmasına getmədən damar sağlamlığını yaxşılaşdırıla bilər", - deyə Alba bildirib.

(adsgarden = window.adsgarden || []).push({});