Palma yağı nə qədər təhlükəlidir?


Digərləri 28 Sen 2019 22:25:00 250 0

Palma yağı nə qədər təhlükəlidir?

Rusiyada satılan kərə yağlarının tərkibini yoxlayan ekspertlər bu yağda, Avropa standartlarından 10-qat artıq olan, çoxlu miqdarda təhlükəli hesab olunan "glisidil efirlər" (GE) toksik zəhərli kanserogenlərin olmasını aşkar etmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, palma yağının tərkibi heç bir standartla tənzimlənmir. 2017-ci ildə Rusiyaya 892 min ton, ötən il isə 1 milyon 60 ton palma yağı idxal edilmişdir. Bu gün palma yağı yeməmək mümkün deyil - demək olar ki, hər bir qıdada var. Süd məhsullarında, qənnadı məmulatlarında, çipslərdə, qəlyanaltı qidalarda, souslarda və sair. Eyni zamanda, palma yağının tərkibinin təxminən 83%-ni standart normalardan yuxarı olan glisidil efirlər (GE) təşkil edir.

Glisidil sovet dövründə, 1983-cü ildə bir zəhər və kanserogen olaraq tanınmışdır. 2008-ci ildə, sanitar qaydalara uyğun olaraq, yüksək təhlükəli "A2" zəhərləri sinifinə və kanserogenlər kateqoriyasına aid edilmişdir. Palma yağı bir çox xərçəng növünün inkişafını təhrik edərək, əlavə olaraq hüceyrənin genetik kodunu dəyişdirməyə qadirdir. Moskva Dövlət Universitetinin rektorunun birinci müavini, tibb elmləri namizədi Dmitriy Edelev, palma yağının hər hansı bir formada istifadəsinin son dərəcə təhlükəli olduğunu bildirmişdir. Onun sözlərinə görə, palma yağı bədən tərəfindən 97% qəbul edilir və kanserogen təsir göstərərək dəri vasitəsilə də nüfuz edə bilir. Palma yağı tərkibli kremlər, sabunlar, palma tərkibli qidalardan az təhlükəli deyil.

GE qaraciyəri məhv edərək qalxanabənzər vəzini büzüşdürür və bədxassəli proseslərin yaranmasına səbəb olur. GE qanı, sinir hüceyrələrini məhv edir, genitouriya sisteminə zərərli təsir göstərir, ciddi nefropatiyaya səbəb olur, böyrəyi daxildən yeyir. O, həmçinin kişilərdə stress yaradır. Dəri üçün toksikdir, heç bir dadı yoxdur, şəffafdır və suda mükəmməl həll olunur. Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng İnstitutu glisidil efirlərini dünyada xərçəng hadisələrinin 37% ilə əlaqələndirir. Palma yağı tərkibində mutagenlərə malik olaraq uşaqların genetik qüsurlarla dünyaya gəlməsinə səbəb olur. Yalnız ötən il Rusiyada onkoloji xəstəliklərədən 300 min insan dünyasını dəyişdiyi qeyd edilir.

(adsgarden = window.adsgarden || []).push({});