Toyota Land Cruiser 300 modelinin debüt tarixi açıqlanıb FOTO


Digərləri 28 Sen 2019 22:01:00 259 0

Toyota Land Cruiser 300 modelinin debüt tarixi açıqlanıb  FOTO

Yaponiyanın Best Car nəşrinin jurnalistləri Toyota Land Cruiser 200 modelinin sələfi barədə yeni məlumatı əldə ediblər. 300 indeksinə sahib olacaq yeni ofrouder 2020-ci ilin payızında debüt edəcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, Toyota Land Cruiser 200 modeli artıq 12 ildir ki istehsal edilir. Rəsmi olaraq, 2007-ci ildə debüt emiş LC 200 modeli, 2012 və 2015-ci illərdə yenilənmədən keçib. Best Car nəşrinin jurnaslistləri yeni Land Cruiser modelinin detallarının yaradılması üçün nəzərdə tutulmuş press-formalarla da tanış olublar. Məhz bu materiallar əsasında yeni nəsil ofrouderin renderləri hazırlanıb.

Bundan başqa, yapon jurnalistləri digər məlumatları da əldə ediblər. Məsələn, əvvəl də bildirildiyi kimi, ofrouder nəsil dəyşikliyi ilə V8 mühərrikindən məhrum olacaqdır. İri həcmli mühərrikləri ekoloji cəhətdən daha təmiz olan V6 benizn və dizel mühərrikləri əvəzləyəcəkdir. Eyni zamanda, 3,5-litrlik V6 mühərrikinin əsasında yaradılacaq hibrid güc qurğusunun təklif ediləcəyi də gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});