Qaxda göldən kişi meyiti tapıldı


Digərləri 28 Sen 2019 21:42:00 439 0

Qaxda göldən kişi meyiti tapıldı

Qaxda kişi meyiti tapılıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, meyit rayonun Lələli kənd ərazisindəki göldən aşkarlanıb.

Məlumata görə, ölən şəxs Şəki rayon Küngüt kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Asiman Ağəli oğludur. Meyit təcili tibbi yardım maşını ilə aparılaraq "morq"a yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.