Salyanda sürücünü maşın vurdu


Digərləri 28 Sen 2019 21:46:00 242 0

Salyanda sürücünü maşın vurdu

Bu gün axşam saatlarında Salyan rayonunun Qızılağac kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, kənd sakini 27 yaşlı Elmir Ağayar oğlu Həsənovu idarə etdiyi VAZ-2107 markalı avtomaşından düşərkən həmkəndlisi R. Abdullayevin idarə etdiyi VAZ-2106 markalı minik maşını vurub.

Xəsarət alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.