Badamcıqların xroniki xəstəlikləri


Digərləri 28 Sen 2019 21:15:00 245 0

Badamcıqların xroniki xəstəlikləri

Xroniki adenoidit Xroniki adenoidit udlaq badamcıqlarının iltihabı xəstəliyidir.Özünü badamcıqların limfa toxumasının hiperplaziyası və çətin nəfəsalma ilə biruzə verir. Xroniki tonzillit Xroniki tonzillit burun-boğaz yolunda və badamcıqlarda tez-tez baş verən angina əlamətləri ilə xəstəni narahat edən bir xəstəlikdir.Xroniki tonzillitin baş verməsində müxtəlif infeksion allergik və digər orqanlarda baş verən autoimmun xəstəliklərin rolu böyükdür. Xəstəliklərə ən çox payız-qış aylarında və ən çox uşaqlarda rast gəlinir.Havanın nəm olması,zəif qidalanma tənəffüs yolundan daxil olan infeksiyalar boğazda xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.Bu zaman xəstələrin burnu tutulur və bəzən burundan qatı irinli axıntı gəlir.İrinin daxilə axması nəticəsində boğazda iltihab yığlıb qalır və öskürdükdə xaric olunur. Badamcıqların xroniki xəstəliklərinin aşağıdakı formaları var: * Sadə forma * Toksiki allergik forma - yüngül dərəcə - ağır dərəcə * Qeyri-spesifik forma * Spesifik forma - vərəm mənşəli - siflis mənşəli - skleroma Xəstəliyin əmələ gəlməsinə streptokokk qrupundan olan viruslar və adenoviruslar səbəb olur.Virusların badamcıqlaın parenximasına daxil olması səbəbindən patogen mikroorqanizmlərin toksinləri orada patologiya əmələ gətirirlər.Xəstəlik intoksikasiya əlamətləri ilə özünü biruzə verir.Bu xəstəliklər digər orqanlarda da infeksion allergik xəstəliklərin əmələ gəlməsinə səbəb olurlar.Belə ki,xroniki badamcıq xəstəlikləri ürəkdə,böyrəklərdə,əzələlərdə,sümük sistemində bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Badamcıqların xroniki xəstəlikləri orqanizmdə aşağıdakı xəstəliklərin əmələ gəlməsində böyük rol oynayır: - revmatizm - qlomerulonefrit,ocaqlı nefrit - infeksion-allergik artrit - psorias - xroniki qızılca - endokardit,miokardit,perikardit - poliserozit - polinevrit - periarterit Son.az

(adsgarden = window.adsgarden || []).push({});