Uşaqlarda ən çox respirator infeksiyalara rast gəlinir


Digərləri 28 Sen 2019 21:20:00 236 0

Uşaqlarda ən çox respirator infeksiyalara rast gəlinir

"Bu gün uşaqlarda ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə rast gəlinir. Bunlar respirator infeksiyalardır".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, universitetin Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, pediatr Rauf Bəylərov deyib. O bildirib ki, bu xəstəliklər fəsil dəyişikliklərindən sonra həmişə artır.

Onun sözlərinə görə, yay fəslini nəzərə alaraq mədə bağırsaq pozuntuları da qeydə alınıb, bu hallar isə ikinci yerdə gəlir.

Mütəxəssis bildirib ki, son 10 illə müqayisədə respublikada görülən tədbirlər nəticəsində bu xəstəliklərin sayında azalma müşahidə olunur.

(adsgarden = window.adsgarden || []).push({});