İnsulin iynəsi necə vurulmalıdır?


Digərləri 28 Sen 2019 20:40:00 458 0

İnsulin iynəsi necə vurulmalıdır?

Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı çoxdur. 2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir. Diabet xəstələrinə qan şəkərinin normal səviyyədə qalması üçün insulin inyeksiyası təyin olunur. Həyat tərzinə çevrildiyi üçün xəstələr inyeksiyanı əksər hallarda ya özləri, ya da ailə üzvləri edirlər. Ona görə də xəstələrin, xəstə yaxınlarının inyeksiyanın düzgün edilməsi qaydalarını bilməsi vacibdir.

Son.az insulin inyeksiyasının hansı qaydada edilməsi ilə bağlı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tövsiyəsini təqdim edir:

İnsulin inyeksiyası dərialtı piy təbəqəsinə vurulmalıdır. Onun dəri içinə və ya əzələ daxilinə vurulması düzgün deyil.

İnsulin inyeksiyası aşağıdakı şəkildə edilir:

İnyeksiya nahiyəsi paltardan azad edilir. Adi gigiyena qaydalarına əməl olunan şəraitdə inyeksiya nahiyəsinin spirtlə silinməsi tələb olunur.

Dəri baş və göstərici barmaqlar vasitəsilə büküşə götürülür. Bu, iynənin əzələ daxilində düşmə ehtimalını azaldır.

İynə dəri büküşünün əsasında dəri səthinə perpendikuliyar və ya 45 dərəcəli bucaq altında sancılır.

Dəri büküşünü barmaqlar arasında saxlanmağı davam etdirərək, sprişin porşesini axıra qədər itələyərək insulin vurulur.

(adsgarden = window.adsgarden || []).push({});