Uşağa görə problemli evliliyi davam etdirməyə dəyərmi?


Digərləri 28 Sen 2019 20:25:00 237 0

Uşağa görə problemli evliliyi davam etdirməyə dəyərmi?

Uzun müddət problemlər yaşanan və bitirilməli olan evliliyin uşağa görə davam etdirilməsi onlara daha çox ziyan vurur. Sevginin, hörmətin bitdiyi bir ailədə böyüyən uşaqda daha ciddi problemlər yarana bilər. Valideynlər övladlarının boşanma prosesindən zədə almaması üçün maksimum dərəcədə diqqətli olmalıdır.

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloqlar uşaq üçün ideal mühitin anavə atası ilə birgə yaşadığı mühit olduğunu desə də, problemli münasibətlərdə bu fikir dəyişir. Ər-arvad arasında normal olmayan münasibət varsa, evdə tez-tez münaqişələr baş verirsə, ailə həyatının davam etməsi qəliz məsələdir. Gündəlik həyatda bir çox mövzuda birlkdə qərar qəbul etmək, birlikdə hərəkət etmək üçün ünsiyyət vacibdir. Bu ünsiyyət qurula bilmədiyi zaman gündəlik sadə problemlər böyüyür və içindən çıxılmaz hala gəlir. Bu cür mühitdə də ən çox zərərə görən uşaqlar olur. Daim söz-söhbət, davalar baş verən ev uşaqda ciddi depresiyaya yol açır. Boşanma müddətinin və sonrasının uşaqlara daha az təsirlə ötüşdürmək üçün psixoloq yardımı alınması məsləhətdir.

(adsgarden = window.adsgarden || []).push({});