Səhər yeməyində turp və zeytun yağı...


Digərləri 28 Sen 2019 19:50:00 268 0

Səhər yeməyində turp və zeytun yağı...

"Zeytun yağı əslində yağ deyil, bu, zeytunun suyudur. Zeytun ən faydalı meyvədir. Zeytun yağı ana südünün eynisidir. Yeməklərdə mütləq ondan istifadə olunmalıdır".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu məşhur türkiyəli həkim, daxili xəstəliklər və kardiologiya uzmanı, professor Canan Karatay deyib.

Onun sözlərinə görə, ağır xəstələr, xroniki xəstəliklərdən əziyyət çəkənlər, yaşlılar səhər- axşam bir qəhvə fincanı zeytun yağı içməlidir. Mütəxəssis deyib ki, zeytun yağı bağırsaqlarda faydalı bakteriyaların çoxalmasına, qanın durulaşmasına, immun sisteminin güclənməsinə səbəb olur. Bu yağ alzheimer xəstəliyinin, ürək tutmalarının, şəkərli diabetin, qaraciyər yağlanmasının qarşısını alır. Zeytun yağı yüksək kalorili olsa da, artıq çəkiyə səbəb olmur, əksinə çəkinin azalmasına kömək edir.

Heç bir zaman damarların tıxanmasına səbəb ola bilməz.

(adsgarden = window.adsgarden || []).push({});