Kimsə bunu oxumasa, eyb etməz


Digərləri 28 Sen 2019 19:51:00 256 0

Kimsə bunu oxumasa, eyb etməz

Həyatda əsas olan nədir? Çalışmaq gərək ki, gedişən sonra dünya bizdən əvvəlkindən az da olsa, yaxşı olsa. Azacıq, cüzi, lap az.

Həyatda bizi narahat edən, qəmləndirən, həyacanlandıran nəsnələr çoxdur.

Bir sirr açımmı sizə? O nəsnələrin tam əksəriyyəti mənasız və puçdur.

Həzz almadığınız işdə çalışmayın. Bəyənmədiyiniz yerdə əsla uğur olmayacaq. Səbr, istək və sədaqət yalnız sevilən işdə, peşədə olur.

Ətrafınızdakı insanların nə düşündüklərindən qorxmayın. Qorxu qəlbinizin ahəngini azaldır, sizi zəiflədir. Əgər qorxuya savaş açmasanız, o günbəgün artacaq, böyüyəcək və sonda bizdən sadəcə, zahiri, nazik qılaf qoyacaq.

Yeyəcək, məhv edəcək bizi.

Qəlbinizin səsini dinləyin. Eyb eğməz, kimsə bizi məcnun saya bilər, amma elə adamlar da olacaq ki, bizi əfsanə biləcək.

Yaşamınıza nəzarət edin. Yaşadıqlarınıza görə məsuliyyətə alışın. Heç nəyi sabaha saxlamayın. Həyatınızı əldən verdiyniz imkanlar yox, verdiyiniz qərarlar bəlirləsin.

İnsanlara dəyər verin. Bizi anlayanlar tükənməz dəstək, qüvvə və eşq mənbəyidir. Sizi sevənləri mövcudluq kimi qəbul etməyin. Səhhətinzi düşünün, vücudu yox. Ölənədək anlamırıq - oysa ki, vücud qılafmış. Məziyyətlər, arzular, fikirlər, məramlar üçün bir qutu. Dünyanımızı dəyişmək üçün içd heç nə yoxsa, bu vücudun varoluşunun bitməsini heç bir anlamı yox.

Hər birimizdə istedad və yüksəliş gücü var. Yetər ki, onları aşkarlamağa cəsarət tapaq.

Axınla üzüb günü günə, saatı saata satmaq olar. Ya da inandığımız uğrunda mübazirə aparmaq, həyat rəvayətimizi özümüz yaza bilərik. Həmd edirəm ki, dürüst yol seçək.

Həyat kövrək, dəyərli, təxminlənməzdi.

Hər yeni gün adilik yox, ənamdı.

Ölümdən qorxmağa gərək yox. Qaçılmazdır.

Müşkülümüz, ağrımız olanda bir anlıq düşünün ki, bəlalar, vəhşətlər içində qovrulanlar var. Onda həmin mühkülün nə qədər kiçik olduğunu anlayacağıq.

Sadəcə, nəfəs alaq. Nəfəs almağın özü böyük lütfdür.

Gediş anı çatanda, yaşananalara son dəfə nəzər salanda, xatırlayanda indiki problemlər o qədər əhəmiyyətsiz görünəcək ki. Çünki o anda görəcəyik ki, vücud şüurumuza tabe olmamağa başlayıb artıq.

Və on anda sadəcə, daha bir gün istəyəcəyik.

Sadəcə, bir gün.

Səhhət tək yaxşı vücud deyil. Hisslər, duyğular, ruh önəmlidi. Medianın bizə sırıdığı "ideal vücud" kimi sarsaqlığıın əsiri olmayın. Özünüzü saf, yaxşı hiss etmək hüququnuza xələl gətirəcək hər heyi rədd edin.

Ağrısız, acısız hər günə minnətdar olun. Hətta zökəm olanda, burxulmuş topuq ağrıdanda, sınmış qolun sümüyü gizildəyəndə.