Uşaqlarda Raxit – Səbəblər, əlamətlər, müalicə


Digərləri 28 Sen 2019 19:33:00 225 0

Uşaqlarda Raxit – Səbəblər, əlamətlər, müalicə

Raxitlik - azyaşlı uşaqlarda maddələr mübadiləsi pozulması və D vitamin əskikliyi ilə bağlı olan sümük -sinir sisteminə təsir edən xəstəlikdir. Raxit hələ qədim dövrlərdən məlum idi. Eramızdan əvvəlki mənbələrdə sümük sisteminin raxitlikdə dəyişikləri barədə qeydlər və şəkillər çəkilmişdi. XV əsrdə raxit dünyada uşaqlar arasında geniş yayılmış patologiya idi. Təsadüfi deyil ki, orta əsr rəssamları əsərlərində dəfələrlə raxit görünüşlü uşaqları əks etdiriblər.

Elə indi də vəziyyət dəyişməyib. Əhalinin 1 -7 yaş arası təbəqəsinin 20-40%-i raxitlik keçirir. Bu xəstəlik şimal zonalarda, iri şəhərlərdə, paytaxtda daha çox yayılıb.

Son.az medicina.az-a istinadən valideynlərin bəzən  ilk əlamətlərini gözdən qaçırdıqları raxitin səbəblərini təqdim edir.

Raxitin kökündə orqanizmdə D vitamini əskikliyi dayanır. Bu vitamin həm qida, həm də günəş şüalarının təsirindən sintez olunur. Uşağın sümük inkişafı dövründə D vitamini kalsium və fosfor mübadiləsi üçün vacibdir.  Vitamin D bu mineralların bağırsaqdan sovrulub sümüklərə yığılmasına səbəb olur.

Ona görə raxitin yaranma səbəblərindən birincisi D çatışmazlığıdır.

-Uşaq açıq havada az olur, ultrabənövşəyi şüalar almır -Zəif qidalanır, D və minerallarla zəngin qidalar yemir -Uşağa qıcolma əleyhinə dərmanlar verilib -Bağırsaq və qan problemlərinə görə D vitamini bağırsaqdan sovrulmur

Əlamətləri

Raxit zahiyən, sümük əzələ sistemində təkcə uşaqlarda yox, elə yaşlılarda görülə bilər. Böyüklərdə D vitamin əskikliyi osteoporoz - sümük əriməsi və osteomalyasiya ilə büruzə verir.  

Raxitin sinir sistemində əlamətləri:

-Yuxu pozulması, tez-tez oyanma,səthi yuxu -Ağlamaq, əhvalın olmaması -Qıcıqlanma, əsəbilik -Çox tərləmə və başın arxa hissəsinin keçəlləşməsi

(adsgarden = window.adsgarden || []).push({});