Burun tutulmasının səbəbləri


Digərləri 28 Sen 2019 19:40:00 272 0

Burun tutulmasının səbəbləri

Burun tutulması ciddi sağlamlıq problemlərinə yol açaraq həyatın keyfiyyətinə pis təsir edir. Baş ağrısının, səhər yuxudan yorğun oyanmağın səbəbi də burun tutulması ola bilər. Bunu qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis Elnur Əkbərov deyib.

Son.az e-tibb.az-a istinadən mütəxəssisin burun tutulmasının səbəbləri barədə məqaləsini təqdim edir:

Gün boyu burundan keçən hava miqdarı təxminən 10 min litrdir. Uşaq və ya böyüklər zaman-zaman burun tutulması problemi yaşaya bilər. Çox zaman burun tutulması ciddiyə alınmır və qaydasında müalicə aparılmır. Halbuki burun tutulması yuxusuzluq və yorğunluğa səbəb ola, uzun zamanda isə ürək xəstəlikləri kimi ciddi problemə yol aça bilər.

Burun tutulması - bəzən təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Burun tutulması həyatımız boyu sağlamlıqla əlaqədar ən çox rast gəlinən şikayətdən biridir. Yaşımızdan, cinsimizdən, sosial vəziyyətimizdən asılı olmayaraq hər birimiz üst tənəffüs yolları infeksiyaları, rinit kimi xəstəliklərə yoluxuruq. Nəticədə, burun tənəffüsünün pozulması problemi meydana gəlir. Amma bu narahatçılıq daha fərqli, bəzən həyat üçün təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Allergik reaksiyalar

Burun boşluğu, üst tənəffüs yollarının ayrılmaz parçasıdır və selikli qişa kimi adlandırdığımız bir səthlə örtülüb. Üst tənəffüs yolları infeksiyaları zamanı bəhs edilən qişa qalınlaşır və nəticədə burun keçəcəkləri daralaraq hava axınına maneə törədir. Bənzər hadisə allergik reaksiyalar, yəni allergik rinit, övrə, astma zamanı da müşahidə olunur.

(adsgarden = window.adsgarden || []).push({});