Toyota yeni Land Cruiser modelinin gələn il debüt edəcəyini təkzib edib FOTO


Digərləri 28 Sen 2019 19:01:00 217 0

Toyota yeni Land Cruiser modelinin gələn il debüt edəcəyini təkzib edib  FOTO

Yeni nəsil Toyota Land Cruiser modelini gözləyənlər üçün məyusedici xəbərimiz var. "Best Car" jurnalının bildirdiyinin əksinə olaraq, populyar ofrouderin yeni nəsli gələn il təqdim edilməyəcəkdir. Gözləməyin! Bunu, dərc edilmiş məlumata reaksiya verən yapon markasının Rusiya nümayəndəliyinin məsul şəxsləri "Motor1 Russia" saytına bildiriblər. Eyni zamanda, onlar avtomobilin yeni nəslinin üzərində işlərin getdiyini də təsdiq ediblər.

Son.az autograph.az-a istinadən bildirir ki, cari nəsil Land Crusier 200 artıq 12 ildir ki, istehsal edilir. Bu müddət ərzində oforuder iki dəfə - 2012 və 2015-ci illərdə yenilənməyə məruz qalıb. Ofrouderin sanballı yaşının olmasına baxmayaraq, yapon istehsalçısı onu yeniləməyə tələsmir. Üstəlik, yeni modelin güc aqreqatlarının yaradılması məntiqi sona çatdırılmayıb. Bu səbəbdən də, hipotetik Land Cruiser 300 modelinin təxmini texniki xarakteristikalarının "həqiqətə uyğun olmadığı" bildirilib. Bundan başqa, avtomobilin kuzov dizaynının da təsdiq edilmədiyi və dərc edilmiş renderlərin Toyota dizaynerlərinin ilkin eskizlərinə belə uyğun olmadığı qeyd edilib.

Bir sözlə, yapon istehsalçısının Rusiyadakı nümayəndələri Yaponiyadakı jurnalistləri "neprav çıxardıblar".   

(adsgarden = window.adsgarden || []).push({});